
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) üzvləri Türkiyə ərazisini hələ tam tərk etməyiblər.
Trend-in çərşənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin daxili işlər naziri Müəmmər Gülər deyib.
Nazirin sözlərinə görə, PKK-nın Türkiyə ərazasini tərk etməsi prosesini sabotaj etməyə çalışanların özləri bundan əziyyət çəkəcəklər.