Kişi jurnalı "Playboy”un mərkəzi ofisi Ukrayna filialını bağlamaq qərarını geri götürüb.
Qaynarinfo bu barədə Pravda-ya istinadla xəbər
verir.
Jurnalın həmtəsisçisi Aleksandr Şevçenko bildirib ki, jurnalın nəşri üçün lisenziyanın müddəti uzadılıb.
Xatırladaq ki, bir qədər əvvəl Aleksandr Şevçenko "Playboy”un mərkəzi ofisinin heç bir izahat vermədən Ukrayna filialını bağlamaq qərarına gəldiyini bildirmişdi. Eyni zamanda jurnal Rusiyada da qalıb.
Aprel ayında "Playboy Ukraine” jurnalı ABŞ-dakı mərkəzi ofislə razılaşdırmadan müharibəyə həsr olunmuş xüsusi buraxılışını buraxdı. Şevçenkonun fikrincə, Kiyev ofisi, yəqin ki, məhz belə "həvəskar fəaliyyətinə” görə bağlana bilərdi.
Alpər