
Bu gün gənclər Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının ildönümü ilə əlaqəda akademiyanın binası qarşısında anım tədbiri keçirməyə çalışıblar. Ancaq polis anım tədbirinin keçirilməsinə imkan verməyib.
Aksiya iştirakçıları əvvəlcədən Nizami kinoteatırının arxasında yığışmağa çalışsada polislər tərəfindən buna imkan verilməyib. İştirakçıları Nizami kinotearının qarşısından Dənizkənarı parka doğru hərəkət ediblər. Polis Dənizkənarı parka tərəf hərəkət edən gəncləri təqib edib.
Qaynar.info-nun foto-repartyoru Bayram İsgəndərovun verdiyi məlumata görə, gənclər qeyri-adi etiraz üsuluna əl atıblar. Belə ki, onlar parkda saat qülləsinin yanında konsertə hazırlanan meydana gül qoyub, bir dəqiqəlik sükutla ADNA qurbanlarını ziyarət ediblər. Bununla da yürüş başa çatıb.
Qaynar.info























