Xəbər lenti

Polis binasına qumbara atdılar
Dünya04:59 21.09.2013

Polis binasına qumbara atdılar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyədə polis binasına iki qumbara atılıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Ankara yaxınlığında baş verib.
 
Türkiyə daxili işlər naziri Müəmmar Gülər bildirib ki, naməlum şəxslər tankəleyhinə qumbaraatandan 3 dəfə atəş açıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, binaya zərər dəyib.
 
Hadisə yeri yaxınlığında partlamamış qumbara və qeyri-leqal təşkilatlardan birinin simvolikası ilə bayraq tapılıb.

Qaynar.info