Xəbər lenti

Polis maşınını vuran sürücü qaçdı
Ölkə07:53 03.06.2014

Polis maşınını vuran sürücü qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda polis serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə,  yol qəzası Yusif Məmmədəliyev küçəsi, 169 ünvanının qarşısında qeydə alınıb. 

“Qafqaz Lizinq” şirkətinə məxsus “Prado” markalı avtomobil Səbail Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Vüsal Rafiq oğlu Şirəliyevin idarə etdiyi  “Doblo” markalı   xidməti avtomobilə çırpılıb. Qəza nəticəsində “Prado” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. 

Hazırda polis yol qəzası törədən şəxsin tapılması istiqamətində iş aparır.

Qaynar.info