Xəbər lenti

Polis "El"in ofisinə basqından danışdı
Ölkə11:31 05.04.2013

Polis "El"in ofisinə basqından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

““El” hərəkatının ofisinə polislərin basqın etməsi xəbəri tamamilə yalandır”. Qaynar.info xəbər verir ki, bunu modern.az saytına açıqlamasında Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ağalar Məhərrəmov deyib.

“El-oba bilirik nədir. Amma mən “El” hərəkatını birinci dəfədir eşidirəm. Belə bir hadisə olmayıb, yalandır”, - deyə polis rəisi açıqlama verib.

Qeyd edək ki, “El” hərəkatının lideri Eldar Namazov saytımıza açıqlamasında Binəqədi rayonunda yerləşən ofislərinə polislərin basqın etdiyini bildirib.

Qaynar.info