Xəbər lenti

Polis rəisi kabinetində öldü
Ölkə10:53 20.06.2014

Polis rəisi kabinetində öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında Xocavənd rayon polis şöbəsinin rəisi iş başında dünyasını dəyişib.

Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, rəis 1958-ci il təvəllüdlü polis polkovniki Hüseyn Qarayev kabinetində vəfat edib.

Verilən məlumata görə, rəisin vəziyyəti qəflətən pisləşib. Hadisə yerinə təcili yardım çağırılsa da, polis rəisinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Hüseyn Qarayevin ürəyində problemlər olub. O, ürək ağrılarından şikayətlənirmiş.

Qaynar.info