Xəbər lenti

Polis zabiti yol qəzasında öldü - FOTOLAR
Ölkə05:15 18.03.2014

Polis zabiti yol qəzasında öldü - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gecə saatlarında Salyanda baş verən avtoqəzada polis zabiti dünyasını dəyişib.

Qaynar.info xəbər verir ki, Salyan polis şöbəsindən APA-ya verilən məlumata görə, ötən gecə saat 23.00 radələrində Salyan rayonunun Yeni Uluxanlı kəndi ərazisində ölümlə nəticələnən ağır avtomobil qəzası baş verib.
 
“Mercedes-Benz” markalı “99 CZ 678” dövlət nömrə nişanlı avtomobili idarə edən Salyan rayon Qarabağlı kənd sakini polis zabiti, polkovnik-leytenant, 1959-cu il təvəllüdlü Məmmədağa Nəriman oğlu Qəhrəmanov sərt döngədə avtomobili ağaca çırparaq aşırıb. Nəticədə polis zabiti aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
 
Qeyd edək ki, Məmmədağa Qəhrəmanov Hacıqabul rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışırdı.
 
Faktla bağlı Salyan rayon hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qaynar.info