Xəbər lenti

POLİSDƏN SABAHKI AKSİYA İLƏ BAĞLI AÇIQLAMA
Ölkə07:57 09.03.2013

POLİSDƏN SABAHKI AKSİYA İLƏ BAĞLI AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bakıda keçiriləcək istənilən qanunsuz aksiyanın qarşısı qətiyyətlə alınacaq”.

Qaynar.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında deyib.

O. Mansurzadə qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış, ictimai qayda və təhlükəsizliyin pozulmasına yönələn istənilən qanunsuz aksiyanın qarşısı alınacaq.

Qeyd edək ki, sosial şəbəkələrdə əsgər ölümünə etiraz edən bir qrup gəncin marın 10-da "Fəvvarələr" meydanında dinc aksiya keçirəcəyi ilə bağlı müraciəti yayılıb. 

Qaynar.info