May ayında "Mançester Yunayted" - "Liverpul" matçının təxirə salınması ilə bağlı etirazlarla əlaqədar reydlər keçirən polis insidentdə iştirak edən azarkeşləri tutub.
Qaynarinfo xəbər verir ki, polislər Mançester, Çeşir və Lankaşirdə ötən gün səhər reydlər keçiriblər. Həmin vaxt xuliqanlıq edən azarkeşləri həbs etmək üçün hətta qapıları belə sındırmaqdan çəkinməyiblər. Bu çəkilən fotolarda da öz əksini tapıb. Əlavə həbslərlə birlikdə tutulanların sayı 18 nəfərə çatıb.
Yaşı 20-51 arası olan 10 nəfər zorakılıq və oğurluqda şübhəli bilinərək həbs olunub.
"Mançester Yunayted"in Avropa Super Liqasında iştirakdan imtina edəndən sonra mayın 2-də 1000-dən çox tərəfdar "Old Trafford"da toplaşaraq klubun sahibi Malkolm Qleyzerə etirazlarını bildirib. Nəticədə azarkeşlər stadiona daxil olduğu üçün oyun təxirə salınıb. İnsident zamanı azarkeşlər fişəng yandırıb, kamera avadanlıqlarını zədələyib və stadiona xeyli ziyan vurub.