
"İran prezidenti Həsən Ruhaninin dekabrın 21-də Ermənistana səfər edəcəyi xəbəri təsdiqlənib. Həsən Ruhani İrəvanda ermənistanlı həmkarı Serj Sərkisyanla iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq".
Qaynrinfo.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu şərhində deyib.
Politoloq bildirib ki, səfər zamanı iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək: "İsrailin baş naziri Benyamin Netanyahu bir neçə gün öncə Bakıya gələndə İran rəsmiləri və din xadimləri haray-həşir saldılar, nə bilim “müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən şəxs Azərbaycana getməməlidir” kimi şüarlar irəli sürdülər. İranın dini liderinin Ərdəbildəki nümayəndəsi isə daha irəli gedərək, Azərbaycan Respublikasının əhalisini Netahyahunun səfərinə etiraz etməyə çağırdı".
Elxan Şahinoğlu Qafqaz Müsəlmanları İdarəsi etiraz etməyə çağırıb: "Bəs bizimkilər niyə surur? Qafqaz Müsəlmanları İdarəsinin ya rəhbəri, ya da müavinlərindən biri Həsən Ruhaninin İrəvana səfərinə elə iranlı din xadimlərinin eyni şüarı ilə etiraz etməlidir: “İran prezidenti müsəlman torpaqlarını işğal edən, müsəlmanları qətlə yetirən və məscidləri dağıdan ölkəyə səfər etməməlidir”. Cəsarətli olun, axundlarımız. Sizlərdən biri bu həftəki Cümə namazında İran prezidentinin işğalçı Ermənistana səfərini tənqid edin!".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az