Polşa hökuməti ölkəni qorumaq üçün Belarusla sərhədi tamamilə bağlamaq imkanını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu, Belarus ərazisində "Vaqner" muzdlularının olması ilə əlaqədardır.
Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski CNN telekanalına müsahibəsində deyib: "Biz ərazimizi və vətəndaşlarımızı qorumaq üçün lazım olacaq istənilən addımları, o cümlədən Belarusun tam təcrid olunmasını, sərhədin tamamilə bağlanmasını nəzərdən keçiririk”.
Onun sözlərinə görə, sərhədin bağlanması Polşanın qaçmaq istədiyi ifrat tədbir olardı, lakin hücumlar və sabitliyi pozmaq cəhdləri davam edərsə, Varşavanın başqa çıxış yolu qalmayacaq. Rəsmi vurğulayıb ki, Belarusdan gələn təhlükə realdır və "Vaqnerçilər” artıq Polşa ərazisinə soxulmağa cəhd ediblər.
"Biz sərhədimizə yeni hücum cəhdləri, ola bilsin ki, hava məkanımızı pozmaq üçün yeni cəhdlər gözləyirik", deyə Yablonski bildirib.
Aydın