"Qarabağ”ın monteneqrolu futbolçusu Marko Veşoviç Polşa mətbuatının onun adından yazdığı açıqlamanı təkzib edib.
Qaynarinfo xəbər verir ki, Veşoviçin adından Polşa mətbuatında dərc edilən açıqlamada "Səbail”in Azərbaycanın ən zəif komandası olduğu bildirilirdi.
Veşoviç ümumiyyətlə, belə bir açıqlama vermədiyini bildirib. Sitat: "Səbail”in "Legiya” ilə yoxlama görüşünün gedişində polşalı jurnalistlərlə ayaqüstü söhbət etmişik. Mən müsahibə vermək niyyətində olmamışam, müsahibə də verməmişəm. Bu söhbətimiz müsahibə deyildi. Məndən "Səbail”in neçənci pillədə olduğunu soruşdular. Təbii ki, reallığı, yəni "Səbail”in turnir cədvəlinin sonuncusu olduğunu, büdcələrinin isə "Neftçi”, "Sabah” və "Qarabağ”a nisbətdə az olduğunu demişəm. Heç vaxt "Səbail”in ən zəif komanda olması barədə ifadə işlətməmişəm, işlətmərəm də. Unutmaq lazım deyil ki, "Qarabağ”ın ötən mövsüm yeganə məğlubiyyəti məhz "Səbail”dən olub”.
Amal
Şərhlər