Xəbər lenti

Dünya 18:33 20.02.2024

Polşada bir ailə 80 il evlərinin altındakı 50 kq bomba ilə yaşayıb (FOTO/VİDEO)

Polşada şəxsi evin döşəməsi altında 80 ilə yaxındır qalmış hava bombası aşkar edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Polşanın RMF24 radiostansiyası məlumat yayıb.

RMF24-ün məlumatına görə, Suxednyov şəhərinin sakini evində təmir işləri apararkən polisə müraciət edib. O, taxta döşəmənin altında bombaya oxşayan əşya tapdığını bildirib. 

Kişi nənəsindən eşitdiyi əhvalatı polisə danışıb. 1945-ci ildə Sovet hücumu zamanı bomba evin üstünə düşüb, dam və döşəməni deşib və partlamadan yerə ilişib. Ev sahibləri daha sonra onu təmir edib və hadisəni unudublar.

Polis hadisə yerinə istehkamçıları çağırıb, onlar partlamamış 50 kiloqramlıq bombanı çıxarıblar. Onun hərbi poliqonda məhv ediləcəyi güman edilir.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->