Xəbər lenti

Polşalı fermerlər Ukrayna ilə sərhədin yeni blokadasını planlaşdırır: Səbrləri tükənib
Dünya 17:48 02.02.2024

Polşalı fermerlər Ukrayna ilə sərhədin yeni blokadasını planlaşdırır: Səbrləri tükənib

"Həmrəylik” həmkarlar ittifaqının polşalı fermerləri Brüsselin mövqeyi qəbuledilməz olduğu və səbrlərinin tükəndiyi üçün Ukrayna ilə yolların və sərhəd keçidlərinin bağlanması ilə ümumi tətil elan ediblər.

Qaynarinfo xəbər verir ki, bu barədə RMF24-ə istinadən "Avropa Həqiqəti" məlumat  yayıb.

"Səbrimiz tükəndi. 2024-cü ilin yanvar ayının son günündə Brüsselin mövqeyi bütün kənd təsərrüfatı ictimaiyyətimiz üçün qəbuledilməzdir. Bundan əlavə, Polşa hakimiyyətinin passivliyi və Avropa Komissiyası ilə əməkdaşlıq bəyannamələri və Ukraynadan kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarının idxalı ilə bağlı Avropa Komissiyasının bütün qərarlarına riayət edilməsi barədə bəyanatlar bizə ümumi tətil elan etməkdən başqa yol qoymur”, - bəyanatda deyilir.

Birliyin bəyan etdiyi kimi, bir həftədən sonra, cümə günü, fevralın 9-u səhər saat 10-da Ukrayna ilə bütün sərhəd keçidləri bağlanacaq. Neçə müddətə bağlanacağı hələ ki, açıqlanmır.

Bundan əlavə, bəzi voyevodalarda yolların müvəqqəti bağlanmasına başlanılacaq. Onlar fevralın 9-dan martın 10-dək davam edəcək.

Polşa fermerləri Avropa Komissiyasının Ukrayna məhsullarının Aİ-yə ixracı üçün idxal kvotalarının və rüsumların dayandırılmasını daha bir il uzatmaq təklifindən narazıdırlar.
Polşalı fermerlər "sona qədər” mübarizə aparacaqlarını deyirlər.

Qeyd olunduğu kimi, aqrar "Həmrəyliy”in liderlərindən biri "Qanun və ədalət” hökumətində keçmiş kənd təsərrüfatı naziri Robert Telusdur.

Xatırladaq ki, çərşənbə günü Avropa Komissiyası rəsmi olaraq Ukraynanın Aİ-yə ixracı üçün idxal kvotası və rüsumlarının dayandırılmasını, eyni zamanda bir neçə üzv ölkə tərəfindən tələb olunan kənd təsərrüfatı məhsulları üçün təhlükəsizlik şəbəkələrinin də daxil edilməsini rəsmi olaraq təklif edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->