Xəbər lenti

Polşalı qapıçı Azərbaycan klubu ilə oyunu hələ də unutmayıb - VİDEO
İdman15:30 16.05.2016

Polşalı qapıçı Azərbaycan klubu ilə oyunu hələ də unutmayıb - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Polşanın "Lex" klubunun qapıçısı Kjıştof Kotorovski dünən peşəkar karyerasını rəsmən başa vurub.

Qaynarinfo.az xəbər verir ki, 39 yaşlı qapıçı "Rux"a 3:0 hesabı ilə qalib gəldikləri görüşün 78-ci dəqiqəsində bosniyalı qolkiper Yasmin Buriçi əvəzləməklə sonuncu dəfə meydana daxil olub.

"Sportove Faktı"nın əməkdaşı Miloş Marek oyundan sonra Kotorovskidən müsahibə götürüb. Poznan klubu ilə 2 çempionluq, 2 Polşa kuboku və 3 dəfə Superkubok qazanan futbolçu xatırladığı oyunlar arasında Azərbaycan komandası ilə gərgin görüşü də xatırlayıb:

"Mən karyeramda bəzi matçları həyatımın sonunadək unutmayacağam. "Yuventus"la Poznanda inanılmaz ab-hava və aurada oynamışdıq. Bakının "İnter" klubu Azərbaycandan olsa da, həmin görüş də çox vacib idi. Vyana "Austriya"sı ilə görüş də unudulmaz matçlarımızdandır. Onda "Muras" əlavə vaxtın son dəqiqəsində qol vurmuşdu. Polşa çempionluqlarımız və ölkə kubokunun final görüşləri də yadımdan çıxmaz".

Qeyd edək ki, 2010-cu ildə Çempionlar Liqasının təsnifat mərhələsi çərçivəsində keçirilən ilk görüşdə Bakıda "Lex" 1:0 qalib gəlsə də, cavab matçının 84-cü dəqiqəsində latviyalı hücumçu Qirt Karlsonun vurduğu qol sayəsində "İnter" görüşü penaltilərə kimi aparmağı bacarmışdı. Penaltilərdə isə "Lex" 9:8 hesabı ilə qalib gəlmiş, Kjıştof Kotorovski isə bolqarıstanlı Petar Zlatinov, estoniyalı Dmitri Kruqlov və hazırda da "İnter"də olan gürcü qapıçı Qeorqi Lomayanın zərbəsini dəf etməyi bacarmış, özü də hətta penaltidən qol vurmuşdu.

6 il əvvəlki oyunun penaltilər seriyasını təqdim edirik.

Qaynarinfo.az