Xəbər lenti

Pomidor suyundakı möcüzəvi fayda
Dünya08:42 17.02.2016

Pomidor suyundakı möcüzəvi fayda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynar.info-nun məlumatına görə, Tokio Tibb Universitetində elm adamları bir pomidorla bağlı araşdırma aparıb. 

Araşdırmaya görə gündə 2 stəkan pomidor suyu içən xanımlarda menstruasiya dönəmini rahat keçirməsinə kömək edir.

Elm adamları, 8 həftə ərzində 93 qadından gündə 2 dəfə 200 milli litr pomidor suyu içməsini xahiş edib və daha sonra həmin qadınların vəziyyətini araşdırıb. 

Araşdırma nəticəsində iştirakçılarda menstruasiya zamanı ortaya çıxan istilik basması, əsəbilik halı kimi mənfi təsirlərinin azaldığı müşahidə olunub. 

Bununla yanaşı pomidor suyu, pis xolesterolun düşməsini də təmin edir.

Pomidor suyu ilə bağlı araşdırmanın nəticələri “Nutrition Journal” jurnalında nümayiş olunub.

Qaynar.info