Xəbər verdildiyi kimi, dünən gecə saat 23:43-də Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 117 ünvanında - "Ətçilər” adlanan ərazidə Ağazadə Çingiz Əkrəm oğlu idarə etdiyi "Porsche Cayenne” markalı avtomobillə piyada keçidindən yolu keçən 2005-ci il təvəllüdlü Səlimov Ayxan Mehman oğlunu vuraraq öldürüb.
Qaynarinfo vəfat edən gənclə bağlı bəzi təfərrüatları öyrənib.
Məlum olub ki, 17 yaşlı Ayxan Səlimov idmanla məşğul imiş. O, gecə saatlarında idmandan evinə dönərkən hadisə baş verib.
Ayxan Səlimovun anası bir müddət əvvəl dünyasını dəyişib və ata nənəsi ilə yaşayırmış. Atası Mehman Səlimov Müdafiə Nazirliyinin zabitidir. İki qardaş, bir bacı olublar. Qardaşı Türkiyədə təhsil alır.
Hadisə zamanı dünyasını dəyişən 17 yaşlı Ayxan Səlimovun nəşi anasının dəfn edildiyi Ələt qəsəbəsinə aparılıb.
Əhməd