Xəbər lenti

Portuqaliyalı məşqçini azərbaycanlı əvəzlədi
İdman16:29 12.05.2016

Portuqaliyalı məşqçini azərbaycanlı əvəzlədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA rəhbərliyinin qərarına əsasən, çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.

Qaynarinfo.az xəbər verir ki, Zeynal Bakıda keçirilən Avropa Oyunlarında sonuncu yeri tutduğu üçün 2013-cü ildən bəri çalışdırdığı yığmadan qovulan portuqaliyalı məşqçi Joze Miqel Mateuşu əvəzləyib.

Zeynal Zeynalov Berti Foqtsun yeni gələn vaxtlarında əsas millimizin də futbolçularından olub. O daha sonra çimərlik və futzal millilərimizdə çıxış edib. Zeynal hətta 2012-ci ildə çimərlik millimizin ən yaxşı futbolçusu kimi AFFA tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, ilk dəfədir ki, hansısa əsas millimizin baş məşqçisi azərbaycanlıdır. Belə ki, əsas futbol yığmamızı Robert Prosineçki, qadın millimizi isə Patrisiya Qonsales çalışdırır. Tino Peresin gedişindən sonra futzal millimizə başqa əcnəbi mütəxəssisin gətirilməsi üçün danışıqlar gedir.

Qaynarinfo.az