Xəbər lenti

Postundan qovuldu, tarixə düşdü
İdman11:48 11.09.2023

Postundan qovuldu, tarixə düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniya Futbol Federasiyası ölkənin əsas millisinin baş məşqçisi Hansi Fliklə yollarını ayırdıqlarını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, mütəxəssis postundan qovulması ilə tarixə düşüb. Üstəlik Almaniya mətbuatı onu bütün zamanların ən pis baş məşqçisi elan edib.
Flik baş məşqçi postunda keçirdiyi son 17 matçın yalnız dördündə qələbə görüb. Nəticələrdən narazı qalan Almaniya Futbol Federasiyası komandanın Yaponiyaya 1:4 hesabı ilə məğlub olduğu beynəlxalq yoldaşlıq matçından sonra onu postundan qovmaq qərarına gəlib. Bununla da o, Almaniya futbolu tarixində zəif nəticələrə görə postundan qovulan ilk baş məşqçi olub. Ölkənin məşhur "Bild” nəşri isə mütəxəssis haqqında, "Son 17 matçda cəmi dörd qələbə və Qətərdə keçirilən dünya çempionatında biabırçı çıxış. Hansi Flik bütün zamanların ən pis məşqçisidir. Hər şeyi sınadı, amma heç nə alınmadı. Oyunçularda özünəinamını azaltdı” - yazıb.
Maraqlıdır ki, buna baxmayaraq Flik açıqlamasında, "Komanda üçün ən uyğun məşqçiyəm” - deyib.
Səbuhi Həsənov