Xəbər lenti

Premyer Liqa: "Sabah" "İmişli"ni darmadağın etdi
İdman16:44 29.11.2025

Premyer Liqa: "Sabah" "İmişli"ni darmadağın etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"yə qalib gəlib.
Qaynarinfo xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "bayquşlar" 3:0 hesablı qələbəyə seviniblər.
Bakı klubunun qollarını Amin Seydiyev (54) Stiv Solvet (60) və Kahim Parris (90+3) vurublar.
25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb.
Tura noyabrın 30-da yekun vurulacaq.