Xəbər lenti

Prezident 20 generalı istefaya göndərdi
Dünya14:46 08.05.2015

Prezident 20 generalı istefaya göndərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin ölkənin güc strukturları əməkdaşlarının vəzifələrindən azad edilməsi barədə fərman imzalayıb. Anspress-in məlumatına görə, bununla 20 general vəzifələrindən azad olunub.
Polis general-leytenantı Sergey Lavrov vəzifədən azad olunub. O, Kuban üzrə idarə rəisi postunu tuturdu.
Bundan başqa daxili xidmət general-mayoru Andrey Pilipçuk postundan məhrum edilib. Pilipçuk Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin KİV-lərlə qarşılıqlı təsir üzrə idarə rəisi idi.
Rusiya Daxili İşlər Nazirliyinin daxili qoşunlarının Mərkəzi regional komandanlığı qoşunlarının birinci müavini Vladimir Padalko da işdən çıxarılıb.
Qaynar.info