
Aprelin 16-sı bir qrup paytaxt sakini Prezident Administrasiyası qarşısında etiraz aksiyası keçirib.
“Azərtikinti ATF” MMC adlı şirkətin zərəçəkənləri “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, vaxtı ilə sözügedən şirkətdən aldıqları evə indi də “Şərurlu İsfəndiyar” ləqəbli İsfəndiyar Axundov sahiblənib. Zərəçəkənlər deyir ki, iş adamı onlardan əlavə pul tələb edir. Şikayətçilərin sözlərinə aldıqları evin yarı pulunu tələb edən iş adamı keçirilən bütün məhkəmələrdə pulla öz xeyrinə qərar qəbul etdirib. Lazımı bütün dövlət qrumlarına müraciət edən zərərçəkənlər son ümid yeri olaraq ölkə başçısından kömək istəyirlər.
Qeyd edək ki, aksiya təxminən yarım saat çəkib, heç bir müdaxilə olmayıb. Aksiyada iştirak edənlərin nümayəndəsi rəsmi ərizə ilə növbəti dəfə Prezident Administrasiyasına müraciət edib.
Qaynar.info




