Xəbər lenti

Prezident "Dinamo" otelinin açılışında iştirak edib
Ölkə07:56 11.05.2018

Prezident "Dinamo" otelinin açılışında iştirak edib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda "Dinamo" otelinin açılış mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlət başçısı və xanımı otelin rəmzi açılışını bildirən lenti kəsiblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oteldə yaradılan şəraitlə tanış olublar.
Sonra Azərbaycan Prezidenti otelin kollektivi ilə görüşüb.