Xəbər lenti

Prezident Gömrük Komitəsinə 4 milyon manat ayırdı
Ölkə08:08 27.04.2020

Prezident Gömrük Komitəsinə 4 milyon manat ayırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev "Xanoba” gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Qaynarinfo xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 
Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba” gömrük postunda tikinti işlərinin aparılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Dövlət Gömrük Komitəsinə ilkin olaraq dörd milyon manat ayrılıb.