
Məscidlərin və dini məbədlərin istilik sisteminə təbii qaz təmənnasız veriləcək
Azərbaycan Respublikasının Prezidenti məscidlər və dini məbədlərlə bağlı tapşırıq verib. Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məlumat yayıb.
ANS PRESS-in ARDNŞ-ə istinadla verdiyi məlumata görə, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərin və digər konfessiyalara mənsub dini məbədlərin istilik sisteminə təbii qazın təmənnasız verilməsi qərara alınıb.
Qaynar.info