Prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşına fəxri ad verib.
Qaynar.info xəbər verir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərar verib Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində mühəndis fəaliyyəti sahəsində xidmətlərinə görə İqor Leonidoviç Kərimovu “Əməkdar mühəndis” fəxri adı ilə təltif edib.
Qeyd edək ki, İqor Leonidoviç Kərimov bundan öncə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Qaynar.info