Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Kooperasiya Universitetinin və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Qaynar.info xəbər verir ki, dövlət başçısı 7 nəfəri "Tərəqqi" medalı ilə təltif edib:
Ataşov Bəyalı Xanalı oğlu
Əliyev Vilayət Abbas oğlu
Hacıyev Əhəd Yusif oğlu
Həsənova Əminə İbrahimxəlil qızı
Quliyeva Fatimə Ağayar qızı
Qurbanova Gülnarə İbrahim qızı
Şükürov Tahir Şükür oğlu.
İlham Əliyev Azərbaycan Kooperasiya Universiteti və Bakı Biznes və Kooperasiya Kollecinin əməkdaşlarına fəxri adların verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən 5 nəfər fəxri adla təltif edilib:
"Əməkdar Müəllim"
Əliyeva İlahə Əliyulla qızı
Mehrəliyev İmaməddin İbrahim oğlu
Məmmədova Əfşan Əsəd qızı
"Əməkdar Mədəniyyət İşçisi"
Abdullayeva Tamilla Əli qızı
"Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi"
Abdullayeva Gülnarə Hicran qızı
Qaynar.info