Xəbər lenti

Prezident nazir müavininə orden verdi
Siyasət12:49 14.02.2019

Prezident nazir müavininə orden verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncamı imzalayıb. 
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub. Sabah onun 70 yaşı tamam olur.