Xəbər lenti

Prezident onlara ali xüsusi rütbələr verdi - SİYAHI
Ölkə13:56 05.08.2014

Prezident onlara ali xüsusi rütbələr verdi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Bayram oğlu Əliyevə II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Abbasov İlqar Rza oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Nağıyev Əli Nağı oğlu - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini

Qaynar.info