
Yaşı 3200 ildir.
Prezidentlə tanış olun.
Oxu.Az The Daily Mail-ə istinadən bildirir ki, bu nəhəng sekvoya (kiparis ailəsinin nümayəndəsi) Nevada Milli parkında yerləşir. Onun 3200 yaşı, 2 milyard yarpağı var, hündürlüyü isə 74 metrdir.
National Geographic nəhəng ağacın 126 şəklini təqdim edib.
Prezident dünyada ən hündür ağac olmasa da (bu titula Kaliforniyadakı qırmızı ağac layiq görülüb, onun hündürlüyü 116 metrdir) ən massivli gövdəsi olan ağacdır.
Nəhəng sekvoyalar hündür yerlərdə bitir, soyuğa, qara hətta ildırıma belə tab gətirirlər.
Oxuculara fotoları təqdim edirik:





