
İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin yaranmasının 95-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.
"Qafqazinfo" xəbər verir ki, Polis Akademiyasına gələn dövlətimizin başçısına daxili işlər naziri, general-polkovnik Ramil Usubov raport verib.
Prezident İlham Əliyev Heydər Əliyevin Akademiyanın baş meydanında ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
Daha sonra dövlət başçısı Mərkəzin akt zalında Daxili İşlər Nazirliyinin əməkdaşları ilə görüşüb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qaynar.info