Xəbər lenti

Prezident "Twitter"də vətəndaşların suallarını cavablandıracaq
Dünya11:54 12.04.2013

Prezident "Twitter"də vətəndaşların suallarını cavablandıracaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misir prezidenti Məhəmməd Mursi hər axşam "Twitter"də vətəndaşların suallarını cavablandıracağını bildirib.

"The Guardian"ın xəbərinə görə, Mursi bu haqda aprelin 11-də açıqlama verib. Misir prezidenti hər axşam yerli vaxtla saat 21:00-21:30 arasında "Twitter"dəki mikrobloqunda vətəndaşlarla ünsiyyətdə olacaq.

Yerli və xarici müşahidəçilər bu qərarı Mursinin cəmiyyətlə əlaqəyə və tənqidə açıq, söz azadlığına hörmət edən prezident obrazının formalaşdırılması istiqamətində atılan addım kimi dəyərləndirirlər. Misir prezidenti bir neçə gün əvvəl də jurnalistlərə qarşı bütün cinayət işlərinin və inzibati iddiaların ləğv edilməsi haqda fərman verib.

Qaynar.info