Əfqanıstan prezidenti Əşrəf Qaninin Cəlilabada səfəri çərçivəsində qubernator ofisinin yaxınlığında partlayış baş verib.
Qaynarinfo "1TV" telekanalına istinadən xəbər verir ki, partlayış zamanı 17 nəfər ölüb, daha 30 nəfər yaralanıb.
Hələ ki, teraktın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. Ölkə başçısı "Taliban”la atəşkəsin bitdiyini, hərbçilərin əməliyyatlarının bərpa olunduğunu bəyan edib.