Xəbər lenti

Prezident Səməd Seyidovla bağlı sərəncam imzaladı
Ölkə11:28 17.01.2024

Prezident Səməd Seyidovla bağlı sərəncam imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səməd Seyidov "Şöhrət” ordeni ilə təltif edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə o, "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yanvarın 22-də 60 yaşı tamam olur.