Xəbər lenti

Prezident telekanal işçilərini studiyadan qovdu - VİDEO
Dünya06:37 22.11.2013

Prezident telekanal işçilərini studiyadan qovdu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kosovonun KTV dövlət televiziyasının qonağı olan ölkə prezidenti Atifete Yahyaga çəkiliş zamanı davamlı və yersi müdaxilələr etdiyi üçün verilişin rejissdorunun köməkçilərini studiyadan qovub.

Qaynar.info
xəbər verir ki, prezidenti əsəbiləşdirən şəxslər studiyadan çıxarıldıqdan sonra çəkilişlər davam etdirilib. Ancaq çəkiliş zamanı prezidentin rejissor köməkçilərini studiyadan qovması ilə bağlı görüntülər internetə sızdırılıb.

"Rubikon" adlı verilişin aparıcısı Adriatik Kelmendi və kanal rəhbərliyi görüntülərin necə sızdırıldığı ilə bağlı araşdırma apardıqlarını bildiriblər və bu hadisəyə görə, prezidentdən üzr istəyiblər.

İnternetə yerləşdikrilən görüntülərdə köməkçilərin tez-tez prezidentə, onun oturuş qaydasına və arxasındakı bayrağa müdaxilə yer alıb. Bir neçə dəfə davam edən bu haldan bezən prezident onların bayıra çıxarılmasını istəyib.

Qaynar.info