Xəbər lenti

Prezident və birinci xanım Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndərib (FOTO)
phrase_var_qaynar. 11:43 04.08.2025

Prezident və birinci xanım Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndərib (FOTO)

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər.

Xalq yazıçısı ilə vida mərasimi Milli Gənc Tamaşaçılar Teatrında keçirilir.

Qeyd edək ki, tanınmış yazıçı, nasir, dramaturq, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı (1998), "İstiqlal” ordenli (2003), dövlət və ictimai xadim Elçin İlyas oğlu Əfəndiyev ötən gün 82 yaşında vəfat edib.//Report

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->