XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Prezident və birinci xanım Özbəkistana səfərə getdi (VİDEO)
Siyasət13:05 23.08.2026

Prezident və birinci xanım Özbəkistana səfərə getdi (VİDEO)

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Qaynarinfo xəbər verir ki, “Daşkənd-Xumo” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva qarşılayıblar.