Xəbər lenti

Prezident və birinci xanım Şuşada Beynəlxalq Folklor Festivalında
Sənət08:33 12.05.2022

Prezident və birinci xanım Şuşada Beynəlxalq Folklor Festivalında

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V "Xarıbülbül” Beynəlxalq Folklor Festivalı başlayıb.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak edirlər.
Qeyd edək ki, festivalda 10 xarici ölkədən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilərin, rəqs kollektivlərinin, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivlərinin iştirakı nəzərdə tutulur.
Tədbir Nazirlər Kabinetinin 2022-ci il 25 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Şuşa ili ilə bağlı Tədbirlər Planı”na əsasən keçirilir.