Xəbər lenti

Prezident özünə 800 min dollarlıq ad günü keçirdi - Ac xalqdan yığılan pulla
Dünya15:28 28.02.2016

Prezident özünə 800 min dollarlıq ad günü keçirdi - Ac xalqdan yığılan pulla

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
92 yaşlı Zimbabve prezidenti Robert Muqabe 800 min dollara ad günü qeyd edib. Buna görə də o, müxalifət tərəfindən ciddi tənqid olunub. Çünki ölkədə quraqlığa görə ərzaq problemi yaşanır.
Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, prezidentin ad günü Böyük Zimbabve adlanan qədim daş xarabalığında keçirilib.
Ad günündə xarici diplomatlar, məktəblilər və məmurlarda daxil olmaqla on minlərlə insan iştirak edib.
Müxalifət bildirib ki, ad günü üçün pul yerli əhalidən yığılıb.Adi vətəndaşlardan hər evdən bir dollar, məmurlardan isə üç dollar toplanıb.
Qaynar.info