Xəbər lenti

Prezidentdən İTV ilə bağlı Fərman
Ölkə12:42 21.04.2016

Prezidentdən İTV ilə bağlı Fərman

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Prezident İlham Əliyev “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Qaynarinfo.az xəbər verir ki, fərmanda deyilir: 

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 11, maddə 905; 2007, № 6, maddə 601) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.1-ci bənd 3.1-1-ci bənd hesab edilsin və həmin bənddə “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 3.1-ci bənd əlavə edilsin:

“3.1. “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”.

3. 3.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə edilsin:

“3.4. həmin Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş elmi təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.”. 

Qaynarinfo.az