Xəbər lenti

Prezidentdən məmura qəribə cəza - VİDEO
Dünya05:53 13.02.2017

Prezidentdən məmura qəribə cəza - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İnquşetiya lideri Yunusbek Yevkurov xəstəxana divarına vurulan boyanın keyfiyyətini yoxlamaq üçün qəribə üsuldan istifadə edib.
Qaynarinfo.Az axar.az-a istinadən xəbər verir ki, Nazran şəhərində yeni inşa edilən xəstəxanaya baxış keçirən Yevkurov divara hansı boyanın çəkildiyi ilə maraqlanıb.
“Divara söykəndikdə ləkə qalırmı?” sualını verən prezidentə, “Ən keyfiyyətli boyadan istifadə etdik. Heç bir ləkə qalmır” – deyə məmur və inşaat işlərinə cavabdeh şəxs bildiriblər.
Bundan sonra hər iki şəxsi divara söykəyən İnquşetiya lideri onların paltolarında ləkə qaldığını görərək, “Bax belə evə gedəksən. Özünüz yoxlayın. Axı min dəfə deyirəm ki, öz əllərinizlə yoxlayın”, - deyə irad bildirib.
Qaynarinfo.Az