Xəbər lenti

Ekonomiks 15:13 27.04.2024

Prezidentdən Mikayıl Cabbarov və Samir Şərifovla bağlı sərəncam

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan Rəhbər iqtisadiyyat naziri (Mikayıl Cabbarov), alternativ Rəhbər isə maliyyə naziri (Samir Şərifov) təyin edilib.

Onlara həmin Fondda Azərbaycanı təmsil etmək səlahiyyəti verilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->