Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclinə təkrar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, dövlət başçısı təkrar seçkinin iyunun 18-nə təyin edilməsinə qərar verib.
Qeyd edək ki, bu dairədən IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevin yenidən mandat qazanması gözlənilirdi. Amma MSK seçkinin nəticələrini ləğv etmişdi.
Qaynar.info