Xəbər lenti

Prezidenti təhqir edənlər həbs edildi
Dünya15:34 10.10.2014

Prezidenti təhqir edənlər həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tutulanlar arasında 30 Belarus azarkeşi də saxlanıb

Belarus polisi Ukraynanın yüzə yaxın futbol azarkeşini saxlayıb.

ANS PRESS-in məlumatına görə, onlar AVRO-2016 seçmə mərhələsində Belarus-Ukrayna oyununda Rusiya prezidenti Vladimir Putin haqda təhqiramiz şüarlar səsləndiriblər. Eyni ittihamla 30 Belarus azarkeşi də saxlanıb.

Oyun vaxtı tutulanların əksəriyyəti buraxılıb. Bu gün keçirilən məhkəmədə xuliqanlığa görə 12 ukraynalıya 5 sutkadan 10 sutkayadək həbs cəzası kəsilib. Belaruslu 12 azarkeş isə cərimələnib.

AVRO-2016-nın seçmə mərhələsində Belarus-Ukrayna oyunu 0:2 qonaqların qələbəsi ilə başa çatıb.


Qaynar.info