Xəbər lenti

Prezidentin ehtiyata buraxdığı general bayrağı öpüb getdi (FOTO)
Ölkə07:31 13.07.2017

Prezidentin ehtiyata buraxdığı general bayrağı öpüb getdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İyulun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə mərasim keçirilib.

"Qaynarinfo" DSX-ya istinadən xəbər verir ki, mərasimdə general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması barədə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən general-mayor Akif Şəfiyev yüksək dövlət mükafatına layiq görüldüyünə görə Ali Baş Komandana minnətdarlıq edib.

Qaynarinfo.Az