Türkmən məktəblərində yeni tədris ilindən prezident Qurbanqulı Berdiməhəmmədov tərəfindən yazılmış əsərlər məktəb proqramına daxil ediləcək
Türkmən məktəblərində yeni tədris ilindən prezident Qurbanqulı Berdiməhəmmədov tərəfindən yazılmış əsərlər məktəb proqramına daxil ediləcək.
Ans Press-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Təhsil Nazirliyinin hazırladığı tədris proqramına uyğun olaraq, prezidentin inşaları, həmçinin ona həsr edilmiş kitablar məktəblilərin ədəbiyyat dərsliklərinə əlavə ediləcək. Bu dərsliklərin öyrənilməsinə dördüncü sinifdən başlanacaq. Proqrama Berdiməhəmmədovun "Xoşbəxtlik quşu" (prezidentin atası haqqında), "Çürüməyən xeyirxah ad" (babası haqqında) və "Canlı əfsanə" (türkmən xalçaları haqqında) əsərləri daxil edilib.
Bundan başqa, məktəblilər prezident haqqında romanla da tanış olacaqlar.
Qeyd edək ki, bundan əvvəl Saparmurat Niyazovun (Türmənbaşı) türkmən xalqı üçün bir toplu əxlaqlı qayda və fikirlərdən ibarət “Ruhnamə” əsəri məktəblərdə şagirdlərə öyrədilirdi.