Xəbər lenti

Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir?
Ölkə13:24 07.12.2020

Prezidentin general rütbəsi verdiyi zabitlər kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında" sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, Unikal.org həmin zabitllərin kimliyini müəyyənləşdirib.
Məlum olub ki, general-mayor rütbəsi alan Ağamir Əzizxan oğlu Sultanov Raket Artileriya Qoşunlarının komandanıdır.
General-mayor rütbəsinə layiq görülən digər zabitlərdən Anar Təvəkkül oğlu Kərimov Mühəndis İstehkam Qoşunlarının komandanı, Namiq Sərəfruz oğlu İslamzadə Hərbi Hava Qüvvələrinin zabiti, Zaur Sabir oğlu Məmmədov Xüsusi Təyinatlı Qüvvələrin zabitidir.