Banqladeşin ilk prezidenti Mudjibur Rəhmanın qatillərindən biri Əbdül Madjed şənbədən bazar gününə keçən gecə asılıb.
Qaynarinfo xəbər verir ki, Mudjibur Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.
Prezident Rəhman 1975-ci ilin 15 avqustunda Dəkkədəki iqamətgahında arvadı, üç oğlu, yaxın qohumları da daxil olmaqla, 20-yə yaxın şəxslə birlikdə öldürülüb. Ailənin həmin vaxt AFR-də olmuş iki qızı sağ qalıb. Onlardan biri Banqladeşin baş naziri Şeyx Hasinədir.