Bu həftəsonu Kubada dövlət başçısı Raul Kastronun qızı Mariella Kastronun səyi nəticəsində kütləvi "gey toyu" baş tutacaq. “Qafqazinfo” İndependent-ə istinadən xəbər verir ki, toy simvolik xarakter daşıyacaq, gələcəkdə isə bir çox dəyişikliklərə səbəb olacaq.
Prezidentin gey hüquqları üzrə aktivist qızı, deputat Mariella Kastro atasınında eynicinsliləri dəstəklədiyini bildirib: “Atam Raul Kastro eynicinsliləri dəstəkləyir, onların nikahına qarşı hər hansı bir fikir irəli sürməyib. Eks-prezident Fidel Kastro "gey"lərə qarşı ayrıseçkiliyə yol verirdi, bu yalnış addım idi. Biz sadəcə dini liderlərin iştirakı ilə "gey"lərin toyunu təşkil edəcəyik. Bu qanunvericilikdə öz əksini tapmayıb, ancaq buna da nail olacağıq”.
Qeyd edək ki, ölkədə 2008-ci ildən etibarən cinsini dəyişmək istəyənlərə pulsuz əməliyyat xidməti yaradılıb.